Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib

Martın 4-də Azərbaycan Stolüstü Tennis Federasiyası, Gənclər və İdman Nazirliyi və “İdman” qəzetinin birgə təşkilatçılığı ilə jurnalistlər arasında stolüstü tennis yarışı keçirilmişdir. Turnir 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur.

30 nəfərin mübarizə apardığı turnirdə qaliblər aşağıdakı kimi müəyyənləşmişdir:

Qadınlar arasında:

I yer - İbrahimova Gülnar – “Sehirli dünya” uşaq jurnalı

II yer - Yusifova Kəmalə - “Oyuncaq” uşaq jurnalı

III yer - Paşayeva Nigar – “Ofissa dizayn” şirkəti

Kişilər arasında:

I yer - Qəmərşahoğlu Rəşad – “Sportsman” jurnalı

II yer - Səmədov Bəhruz – “İdman” qəzeti

III yer - Əli Məcid – “Zaman” qəzeti

Turnirin qaliblərinə diplomlar və müxtəlif hədiyyələr verilmişdir.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası