Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Nəşr edilib 03.07.2026 08:36
Bu gün stolüstü tennis üzrə Respublika birinciliyinə yekun vurulub. “Süa İdman - Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. Budəfəki birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər. Üç gün davam edən yarışın nəticələrini təqdim edirik:
| Qızların şəxsi mübarizəsi: | Oğlanların şəxsi mübarizəsi: | Qızların qoşa mübarizəsi: | Oğlanların qoşa mübarizəsi: | Qarışıq-qoşa mübarizə: |
| 1-ci yer- Mehin Mirzəbalayeva | 1-ci yer- Cəfər Almədədli | 1-ci yer- Yasəmən Həbibova – Mehin Mirzəbalayeva | 1-ci yer- Saleh Hümbətov – Cəfər Almədədli | 1-ci yer- Cəfər Almədədli – Yasəmən Həbibova |
| 2-ci yer- Yasəmən Həbibova | 2-ci yer- Saleh Hümbətov | 2-ci yer- Rüqəyya Cavadzadə - Gülnur Kərimli | 2-ci yer- Əliəkbər Mirzəliyev – Camal Kərim | 2-ci yer- Əliəkbər Mirzəliyev – Mehin Mirzəbalayeva |
| 3-cü yer- Səidə Qulizadə | 3-cü yer- Camal Kərim | 3-cü yer- Aylin Cabbarova - Fatimə Şahvələdova | 3-cü yer- Vyaçeslav Esaukenko – Səid Quluzadə | 3-cü yer- Saleh Hümbətov – Banu İmamverdizadə |
| 3-cü yer- Banu İmanverdizadə | 3-cü yer- Əliəkbər Mirzəliyev | 3-cü yer- Səidə Qulizadə - Aylin Şərifli | 3-cü yer- Tunar Hüseynzadə - Həzrət Kamilov | 3-cü yer- Raul Əsədov – Mehri Aslanzadə |
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.
https://www.astf.az/index.php/az/662-stoluestue-tennis-uezr-respublika-birinciliyinin-qalibl-ri-mue-yy-nl-sib#sigFreeId54288f3ad9













