Stolüstü tennisçimiz Avropa üçüncüsü olub
- Nəşr edilib 20.07.2026 14:04
Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb. Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb. İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub. Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçirilən 1/2 final görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.
View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/664-stoluestue-tenniscimiz-avropa-uecuencuesue-olub#sigFreeId68135f0077
https://www.astf.az/index.php/az/664-stoluestue-tenniscimiz-avropa-uecuencuesue-olub#sigFreeId68135f0077













