Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

ASTF rəsmiləri ASTB-nin konqresində iştirak ediblər

Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbəti konqresi keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ASTB-yə üzv ölkələrin numayəndələri iştirak ediblər. Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə catdırılıb. ASTB rəhbərliyi tərəfindən, məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

ASTF "III MDB Oyunları"nda uğurla çıxış edən idmançıları mükafatlandırıb

 

WhatsApp Image 2025 10 03 at 13.20.24
Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova bu gün "III MDB Oyunları"nda uğurlu çıxış edən idmançılarla görüşüb. Seçmə komandanın məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən federasiya rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.

Ardını oxu...

Stolüstü tennişçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar

WhatsApp Image 2025 09 28 at 18.32.43 imageonline.co merged11

Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar. Həlledici görüşdə rusiyalı Yevgeni Vasikov - Yevgeni Dosov cütü ilə qarşılaşan idmançılarımız 0-3 hesabı ilə uduzaraq gümüş mükafata layiq görülüblər. Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub. Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.

Stolüstü tennisçilər daha bir mükafat qazanıblar

WhatsApp Image 2025 09 28 at 12.11.34 imageonline.co merged11

Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Aylin Əsgərova  III MDB Oyunlarının bürunc mükafatına layiq görülüblər. Bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası