Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimizin Qazaxıstan zəfəri

Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent cup" turnirində uğurla çıxış ediblər. Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan seçmə komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar. Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb. Beləliklə, stolüstü tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.

 

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/?start=250#sigFreeId17086af5ab

Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

 2023 01 25

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq "Shimkent cup" turnirindən gedir. Yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı yeniyetmə idmançılar da bacarıqlarını göstərəcəklər. Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Qazaxıstana 8 idmançı yollanıb. Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad
Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova etimadı doğrultmağa çalışacaq. Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.

Stolüstü tennisçimiz 5 qitənin ən istedadlıları sırasında

Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər. Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/?start=250#sigFreeId39d99c17ea

Bilurə Eminova: “İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi”

09012023
Bu gün 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Təcrübəli stolüstü tennisçi Bilurə Eminovaya da bu sevincdən pay düşüb. Dəfələrlə Azərbaycan çempionu adını qazanan idman ustasına mənzil hədiyyə olunub. Əməyi keçən hər kəsə minnətdarlığını bildirən Bilurə Eminova hisslərini bu ifadələrlə bölüşüb: “Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi. Bu cür diqqət və qayğı bizi daha böyük həvəslə fəaliyyət göstərməyə ruhlandırır. Bundan sonra da idmanımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar

 

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz ilin son təlim-məşq toplanışını Türkiyənin Yalova şəhərində keçirəcəklər. Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışda Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Toğrul Məhəmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Arzu Aslanova iştirak edəcək. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bu gün start veriləcək hazırlıq prosesi dekabrın 23-də yekunlaşacaq. Toplanış çərçivəsində yerli idmançılarla yoxlama görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, bu, seçmə komandamızın cari ildə Türkiyədə təşkil olunan ilk təlim-məşq toplanışı deyil. Stolüstü tennisçilərimiz 27 aprel – 7 may tarixlərində də Yalova şəhərində hazırlıq keçmişdilər.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası