Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Veteranlar arasında Azərbaycan çempionatına yekun vurulub. "Şüa İdman Kompleksi"ndə keçirilən yarışın nəticələri ilə tanış olun:

Qadınlar                          Kişilər(50-59)                (60-69)                         (70 və yuxarı)                 Qoşa       
1.Kuvayeva Marina        1.Məmmədov Vaqif       1.Həsənov Məzahir       1.Axundov Rasim        1.Mikayılov Zaur- Heydəri Əli   
2.Kayumova Svetlana    2.Aslanov Zakir             2.Ağayev İlham             2.Ağazadə Muxtar       2.Əliyev Orxan-Vedmid Sergey                                                                   
3.Al-Saayadex Səidə     3.Heydəri Əli                 3.Musayev Valeh           3.Hüseynov Firudin      3. Adıgözəlov Tərlan- Məhərrəmov Oskar                                                                       


Qeyd edək ki, iki gün davam edən yarışda 60-a yaxın iştirakçı mübarizə aparıb. 


View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=8#sigFreeId916be06d8c

 

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

Bu gün veteranlar arasında Azərbaycan çempionatına start verilib. "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda 60-a yaxın iştirakçı mubarizə aparır. Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər. Yarışa iyunun 7-də yekun vurulacaq.

mtg26

Onur Quluzadə üçun növbəti sınaq

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq. İstedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq. Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

WhatsApp Image 2026 06 03 at 14.06.03

Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqası yarışlarında uğurlu çıxışı davam etdiriblər. Qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət komanda ikinci turun Astanada keçirilən 8 görüşunü də qələbə ilə başa vurub. Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət isə gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Taraz şəhərində keçirilən 7 qarşılaşmanın hamısında qələbə qazanıb. İki turun nəticələrinə əsasən, hər iki komanda 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin zirvəsinə yüksəlib. Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan idmançılarının qatıldığı yarışın növbəti turları sentyabr və dekabr aylarında təşkil olunacaq.

Untit222led

Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar

Stolüstü tennisçilər Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da etimadı doğruldublar. Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib. 13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub. Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Beləliklə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan komandamız Vətənə 7 mükafatla qayıdır.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=8#sigFreeIde8f907974c

Stolüstü tennisçilər Tacikistana yollanıblar

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar. Seçmə komandanın üzvlərini mayın 21-də Tacikistanda start götürəcək "Prezident kuboku" turnirində mübarizə gözləyir. Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaq. Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.

WhatsApp Image 2026 05 20 at 12.16.13

Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur

Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb. Bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib. Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib. Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

WhatsApp Image 2026 05 20 at 20.21.08

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan Stolüstü Tennis Federasiyası beynəlxalq əməkdaşlığı genişləndirir. Bu istiqamətdə daha bir addım atılıb. Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.
Memorandumun əsas mahiyyəti və istiqamətləri:
Peşəkar idmançıların hazırlanması: Müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili.
İdman araşdırması və təcrübəsi: İki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması.
Birgə yarışlar: Milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları.
İdman təbabəti və antidopinq: Tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili.
İdman investisiyası və turizm: Birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıq.
Bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=8#sigFreeIde7de9f8a4a

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası