Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda

Stolüstü tennisçilər Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar. Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində bir gümüş, iki bürünc mükafata layiq görülən komandamızın növbəti sınağı Andijan şəhərindədir. Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək. Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaq. Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.

WhatsApp Image 2026 05 19 at 09.52.13

Stolüstü tennisçilər beynəlxalq yarışı üç mükafatla başa vurublar

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər. Yarışın son günündə U 15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib. Cəfər Almədədli isə U 11 yaş qrupunda bürünc mükafata layiq görülüb. Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.

WhatsApp Image 2026 05 16 at 21.36.59

Stolüstü tennisçilər Çinə yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər. Daha 6 idmançı bu məqsədlə bu gün Çin Xalq Respublikasına yola düşüb. Seçmə komandanın üzvləri – Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək. İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək “Avrasiya Liqasına” qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.

WhatsApp Image 2026 05 15 at 14.24.03

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Daşkənddə keçirilən "WTT Youth Contender" turnirinin mükafatına layiq görülüb. U 13 kateqoriyasında yarışan istedadlı idmançı, yaşıdları arasında üçuncü yeri tutub. Sabah 11 və 15 yaşadək stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Qeyd edək ki, Azərbaycan seçmə komandası Özbəkistan paytaxtında təşkil olunan yarışa 11 idmançı ilə qatılıb. Beynəlxalq turnirə mayın 16-da yekun vurulacaq.

WhatsApp Image 2026 05 14 at 20.29.02

Stolüstü tennisçilər Daşkəndə yollanıblar

Stolüstü tennisçilər mayın 13-dən 16-dək Özbəkistanda keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər. Daşkənddə təşkil olunacaq yarışda seçmə komandanın 11 üzvü bacarığını göstərəcək. Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərov və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Onur Quluzadə, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim etimadı doğrulmağa çalışacaq. Qeyd edək ki, komandamız yarışdan sonra Daşkənddə keçiriləcək bir həftəlik təlim-məşq toplanışına da qatılacaq.

WhatsApp Image 2026 05 12 at 21.21.48

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb. 
Nəticələrlə tanış olaq:

Ardını oxu...

Stolüstü tennis üzrə ölkə birinciliyi keçirilir

Bu gün stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U19 və U15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstərirlər. 4 gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. Qaliblər komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

 

WhatsApp Image 2026 05 05 at 12.58.59 imageonline.co merged

ASTF rəsmiləri Londonda beynəlxalq tədbirə qatılıblar

Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının yubiley sammiti keçirilib. Londonda təşkil olunan tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslamla baş katibi Könül Mikayılova da iştirak edib. Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib. Həmçinin, BSTF-nin yeni konstitusiyası qəbul olunub. Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, sözügedən idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

WhatsApp Image 2026 05 04 at 16.05.14

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası