Seçmə komandamız Türkiyəyə yollanıb

 2023 03 18

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq. Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək. Martın 19-dan 22-dək qızlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.
Oğlanlardan ibarət komanda isə Antalya sınaqlarına martın 22-də qatılacaq. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxlaq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları ilə bir arada


Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli “Eurotalents Development Camp U-13” təlim-məşq toplanışı və turnirində iştirak etmək üçün Rumıniyanın Buxarest şəhərinə yola düşüb. Onlar seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə martın 12-dən 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar. Buxarest topanışına Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Avstriya, Rumıniya, Bolqarıstan və Ukrayna təmsilçiləri qatılıblar. Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli ötən il Çexiya, Macarstan və Sloveniyada təşkil olunan seçim turlarındakı nəticələrə əsasən qitənin ən istedadlı idmançıları sırasında yer alıb. Hər iki stolüstü tennisçimiz cari ildə daha 3 analoji toplanışda iştirak etmək hüququ qazanıb.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=224#sigFreeIddc71af5f02

Stolüstü tennisçimiz nüfuzlu turnirin mükafatını qazanıb


Stolüstü tennisçimiz Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib. Qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb. Finalın bir addımlığında İtaliya idmançısına uduzan Adil nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına layiq görülüb. Bu yaş qrupunda ümumilikdə 61 idmançı mübarizə aparıb ki, bu da kifayət qədər ciddi rəqabətdən xəbər verir.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=224#sigFreeId097625c6a5

Bədən tərbiyəsi və idman günü”nə həsr olunan stolüstü tennis turniri başa çatıb

Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 104 kişi, 43 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını göstərib. İki gün davam edən yarışın nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova (SOCAR) baş mükafata layiq görülüb. Rəna Vahabzadə ( Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) ikinci, Leyla Bağırova (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə Yeganə Əlizadə (Mərkəzi Ordu İdman Klubu) üçüncü yeri tutub. Kişilərin turniri Əli Bayramovun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) qələbəsi ilə nəticələnib. Vüqar İbrahimov (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ikinci, Yaşar Mövlamovla (Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi) Fəxrəddin İsmayılov (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) üçüncü pilləsinə qalxıb.   
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirdə fərqlənən iştirakçılar diplom və mükafatlarla təltif olunublar.

“Bədən tərbiyəsi və idman günü”nə həsr olunan stolüstü tennis turniri keçirilir

 

Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turnirinə start verilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 104 kişi, 42 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını göstərir. Gənclər və idman nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirin keçirilməsində əsas məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi və bu idman növünün populyarlığının artırılmasıdır.
Sabah yekun vurulacaq yarışın qalibləri təşkilatçılar tərəfindən diplom, medal və mükafatlarla təltif olunacaqlar.

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=224#sigFreeId8986492499

Stolüstü tennisçilərin Portuqaliya sınağı

 2023 02 24

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Fevralın 25-dən martın 3-dək Portuqaliyanın Vila Real şəhərində təşkil olunacaq "WTT Youth Contender Vila Real 2023" yarışına iki idmançımız qatılacaq. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Portuqaliya sınaqlarında Mərziyyə Nurmətova və Adil Əhmədzadə bacarığını göstərəcək.
Qeyd edək ki, 25-27 fevral tarixlərində qızlar şəxsi turnirdə qalibi müəyyənləşdirəcəklər. Fevralın 28-də idmançılar qarışıq - qoşa yarışlarda qüvvələrini sınayacaqlar.
Martın 1-dən 3-dək isə oğlanlar şəxsi yarışlarda mübarizə aparacaqlar.

Stolüstü tennisçimiz Avstriyaya yollanıb

 2023 02 11

Istedadlı stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılacaq. O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşaiyəti ilə bu dəfə Avstriyanın Lints şəhərinə yollanıb. Quluzadə fevralın 11-dən 19-dək sözügedən ölkənin U-13 seçmə komandası ilə birgə məşq edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi uğurlu gələcək vəd edən idmançının ustalıq səviyyəsinin artırılmasıdır.
Qeyd edək ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Quluzadə müntəzəm olaraq, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.

Stolüstü tennisçilərimizin Qazaxıstan zəfəri

Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent cup" turnirində uğurla çıxış ediblər. Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan seçmə komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar. Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb. Beləliklə, stolüstü tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.

 

View the embedded image gallery online at:
https://www.astf.az/index.php/az/news?start=224#sigFreeId17086af5ab

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası