Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatını qazanıb
- Nəşr edilib 24.09.2022 23:51

Stolüstü tennisçimiz Aylin Əsgərova Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələrin “WTT YOUTH CONTENDER TBILISI” turnirində etimadı doğruldub. 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. Finala çıxış uğrunda görüşdə isə Honkonq idmançısına uduzan Aylin Əsgərova turniri 3-cü pillədə başa vurub.
Daha iki tennisçimiz Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli də mükafatlar uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə 3-cü yeri tutub.


















